Mədəniyyət

"Elanla gəlin" - FOTO

4 May 2015 18:12
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu günlərdə Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında "Elanla gəlin" tamaşasının yeni tamaşasını teatrsevərlərin ixtiyarına verib.

İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı "Elanla gəlin" (pyesin digər adı "Müsabiqə ilə nigah"dır) komediyasını Azərbaycan dilinə Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.

Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, "Turandot" Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edirlər.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.