Berlində tanınmış Azərbaycan rəssamı Arif Əzizin sərgisi açılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın paytaxtı Berlin şəhərindəki "Gallery Schulz" qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin "Ruhun rəqsi" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporasının fəalları və incəsənət həvəskarları var idi.
"Gallery Schulz" qalereyasının sahibi Mixael Şults sərginin açılış mərasimində çıxış edərək bildirib ki, dünya xalqlarının mədəniyyətlərində rast gəlinən hər hansı naməlum hal onu hər zaman özünə cəlb edib: "Azərbaycana səfərim zamanı oradakı incəsənət və mədəniyyətlərin müxtəlifliyinə heyran oldum. Söhbət hər iki incəsənətdən gedir: həm tarixi, həm də ki müasir".
M.Şults A.Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib: "Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkşafını və düşüncə tərzini anlamaq olar".
Berlinli sənətsevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi A.Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna muraciət etmək yasaq idi: "Əsas kimi isə "Sosialist realizmi" götürülürdü. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Bütün qadağalar aradan götürüldü".
A.Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında bəhs edib. Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib.
Tədbirdə qeyd olunub ki, A.Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir.
Daha sonra qeyd edilib ki, karyerasının əvvəlində A.Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir. Bu baxımdan onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışıb və buna nail olub. Bu sintez incəsənət aləmində yeni istiqaməti inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.
Qeyd edək ki, Almaniyanın "Berlin TV" kanalı A.Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
XƏBƏR LENTİ
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?





