Əməkdar artist Nahidə Orucovanın Milli.Az-a müsahibəsi.
- Nahidə xanım, teatrda yeni işləriniz varmı?
- Teatrda işlər çox gözəl, yolunda gedir. Biz bir-birinin ardınca yeni-yeni tamaşaları təhvil verdik. Bu yaxında "Mən dəyərəm min cavana" tamaşası yenidən bərpa olundu. Çünki bu tamaşada iştirak edən sənətçilərin çoxusu dünyasını dəyişmişdilər. Baş rolda aktrisa Ülviyyə Əliyeva və xalq artisti İlham Namiq Kamal oynadılar. 8 ildir ki, bu tamaşa oynanılmırdı. "Baladadaşın ilk məhəbbəti" və "Əliqulu evlənir" tamaşalarının isə məşqləri artıq başlanılıb.
- Əvəzedici insan yoxdur. Sizin teatrda Hacıbaba Bağırov, Xanım Qafarova, Elçin Həmidov, Lütfiyyə Səfərova kimi sənətçilər olub. Onları kimlər bu gün əvəz edir?
- Onlar əvəzedilməzdir. Adlarını sadaladığın sənətkarların yeri bu gün teatrda boşdur. Mən onların hər biri ilə tərəf müqabili olmuşam. Teatra öz yolu ilə gələn gənclər çoxdur. Elə bilirəm ki, mənim ətrafım hamısı gedib. Çünki mən bu insanlar ilə həm sənətdə, həm də həyatda dost olmuşam.
- Nahidə xanımın ürəyi necə, boşdur?
- O elə həmişə boş qalacaq. Onu dolduran insan, hələ ki, yoxdur. Olmayacaq da.
- Xanım Qafarovanın ölümü bizləri, həqiqətən, çox sarsıtdı. Siz də o insanlardan oldunuz ki, hələ də onun ölümünü qəbul etmirsiniz...
- Xanımın səsi mənim qulağımdadır. Onu
- Seriallarda da tələbatlı aktrisasınız...
- Deməzdim. Bir çox serialların rejissorları məni çəkilməyə dəvət etmir. Mən çox istəyərdim ki, "Qız atası", "Miras", "100 kağız" kimi seriallarda da çəkilim. İstər komediya, istər dramatik, istərsə də faciəvi rollarda.
- Amma biz sizdə komediya rollarını görməyə alışmışıq...
- Siz artıq buna öyrəşmisiz (gülür). Mən ancaq dramatik aktrisayam. Özüm də indi komedik rollardan qaçmağa çalışıram.
- Sizin tip insanlar daxilən nə qədər kövrək olsalar da, bunu tamaşaçıya bildirmirlər... Əksinə özlərini tam pozitiv göstərirlər...
- Mən heç vaxt dərdimi tamaşaçıya bildirmərəm. İstəmirəm ki, insanlar mənim göz yaşlarımı görsünlər, mənim problemlərim ilə yaxın olsunlar. Mən pozitivliyi sevirəm.
- Xaricdə məşhur aktrisalara uyğun xüsusi ssenari yazılır və film çəkilir. Nahidə xanıma bu xoşbəxtlik nəsib olsa, hansı janrda oynamaq istəyər?
- Əlbəttə ki, çox istəyərdim. Hansı janrda oynamaq mənim üçün bir o qədər də vacib deyil. Necə ki, bizim rejissorlar türk aktrisalarını dəvət edib, onlara xüsusi rollar verirlər, mən də istərdim ki, bizi də türklər dəvət edib, bu cür rollarda çəksinlər. Bizim aktyorlarımız heç də türk aktyorlardan zəif deyillər. Əksinə, bizdə çox güclü aktyor potensialı var. Aktyor qaldıqca "paslanır", onun üçün də onlardan seriallarda istifadə etmək lazımdır.
- Bəzən isə rejissorlar yerli aktrisaları seriallarda çəkməmələrinin səbəbi kimi onların artıq çəki probleminin olduğunu əsas göstərirlər...
- Hər aktyorun özünə uyğun xarakteri var. Mən bu gün çəkili qadınamsa, bunun özü də bir xarakterdir. Mən bu gün bütün rollarda oynaya bilərəm. Xarakterindən asılı olmayaraq.
- Baxımlı xanımsınız. Həmişə diqqət mərkəzindəsiniz.
- Baxımlı qalmağa çalışıram. Ona görə də yaşımdan olduqca cavan görünürəm. Əvvəllər 20 yaşım var idisə, soruşanda 25 deyirdim. İndi isə öz yaşımı deyirəm. Yenə də inanmırlar (gülür). Uzun sözün qısası, 54 yaşım var. Təbii ki, hər bir yaşın öz tələbi var. İndiki vaxtımda mən nəvə oynatmalıyam. Mənim taleyim yəqin belə yazılıb.
- Təəssüfləndiyiniz dəqiqələr olurmu?
- Əvvəllər çox təəssüflənirdim. İndi öz işimdən həzz alıram. Nə qədər dost tanışım olsa da, axşam öz otağıma tək-tənha gəlib dincimi alıram.
- Dörd divar və qaranlıq otaq. Aktrisanın səhnə arxası həyatı...
- Gecələr evdə tək qaldığım zaman məni kimsə çəksə, nələrə şahid olar (kövrəlir). Bir də görürsən hönkür-hönkür ağlayıram... İnsa
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



















