"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo bu gün keçirdiyi mətbuat konfransında "Porto"nun sabiq kapitanı Xorxe Kostanın vəfat xəbəri ilə sarsılıb.
Milli.Az xəbər verir ki, 53 yaşında ürək tutmasından dünyasını dəyişən keçmiş tələbəsinin ölümü barədə məlumat alan Mourinyo jurnalistlərin qarşısında göz yaşlarına boğulub.
Portuqaliya klubu "Porto"dan verilən rəsmi açıqlamada bildirilib ki, Xorxe Kosta klubun məşq mərkəzində qəfil ürək tutması nəticəsində vəfat edib. Klub sabiq kapitanın vəfatı ilə bağlı dərin hüzn içində olduğunu bildirib:
"Xorxe Kosta bizi tərk etdi. O, bizdəndir - liderdir, kapitandır, nümunədir. O, Portonun simvoludur".
Klub sabah "Draqao" stadionunda ictimai vida mərasiminin keçiriləcəyini də açıqlayıb.
Fidan
Milli.Az