"YARAT" Müasir İncəsənət Məkanı Vyanada keçirilən "VIENNAFAIR The New Contemporary" müasir incəsənət yarmarkasında iştirak edir.
Trend-in məlumatına görə, oktyabrın 1-də yarmarka çərçivəsində "VİENNA Focus" sərgisinin açılışı olub və sərginin diqqət mərkəzində Azərbaycan incəsənət ustalarının əsərləri dayanıb.
Sərgidə "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən hazırlanmış "Adiliyin şeiriyyəti" adlı layihə çərçivəsində Bakının "Sovetskaya" məhəlləsinin nümunəsində sürətlə dəyişən və sosial transformasiyanı əks etdirən incəsənət əsərləri nümayiş olunur. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı Sənan Ələsgərov, Aida Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunan video, fotoşəkil və installyasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Avstriyanın "VIENNAFAIR" adlı ən böyük müasir incəsənət yarmarkası bu il 10 illiyini qeyd edir. Bu yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya daha da genişlənərək, təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil olub. Sərginin "VIENNA Focus" bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub. Azərbaycan müasir incəsənətini builki tədbirdə "YARAT" təşkilatı təmsil edir.
Yarmarka oktyabrın 5-ə kimi davam edəcək.
Milli.Az
Mədəniyyət
"YARAT" Müasir İncəsənət Məkanı Vyanada keçirilən "VIENNAFAIR" yarmarkasında təmsil olunur
2 Oktyabr 2014 09:19
Baxış: 694
DİGƏR XƏBƏRLƏR
- Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
- Həmid Vəkilovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO
- Sumqayıt Dövlət Dram Teatrı "Bütün siçanlar pendiri sevir" nağılı premyerası təqdim edir
- Kamera və Orqan Musiqisi Zalında “Ustadlara İthaf” adlı duet-konsert keçirilib - FOTO
- Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olacaq
- Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
XƏBƏR LENTİ
- Bu 3 sualı kişilərə verməməlisiniz: Münasibətinizi məhv edəcək
- İki il sonra yeni mövsümü çəkiləcək
- İlqarə uzun müddət sonra səhnəyə çıxacaq - FOTO
- Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - VİDEO
- Orqanizmi qalxan kimi qoruyan RESEPT
- Çingiz Mustafayevin ailə qurduğu xanım görün kim imiş - FOTO
- Hizbullah İsrail ordusunun qərargahına hücum etdi
- Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı
- Dünyanın ən gözəl idmançısı geyimi ilə heyran etdi - FOTOlar
- Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
- Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
- Bricit bacarıqsız Makrondan bezdi, işə başlayır – Deyli Meyl
- Bu məşhur şirkət Rusiya bazarını tərk edir
- Tiflisdə Rusiya bayrağı yandırıldı
- Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
- Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Rusiyanın bu vilayətində partlayışlar baş verdi
- Ukrayna daha bir Su-25-i məhv etdi
- NTD-İNDİQO bürünc medalçı olub - VİDEO
- Paris Hilton öz yalanını üzə ÇIXARDI – FOTOlar
- Moskvada “Bolşoy Teatr”da həyacanlı anlar: min nəfər təxliyə edildi - VİDEO