Mədəniyyət

Madriddə "Azərbaycan səmasında" filminin nümayişi olub - FOTO

25 Sentyabr 2014 09:52
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AzərTAc xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilmiş və 1936-1939-cu illərdə bu ölkədə vətəndaş müharibəsi zamanı Azərbaycanda təhsil almış gənc pilotlara həsr edilmiş "Azərbaycan səmasında" sənədli filminin sentyabrın 24-də Madriddə nümayişi olub.

Filmin nümayişində İspaniyada fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin xanımları və əməkdaşları iştirak ediblər.

Film İspaniyada 30-cü illərdə vətəndaş müharibəsində respublikaçılar tərəfində vuruşan 15 ispan hərbi pilotunun mürəkkəb və qeyri-adi taleyindən bəhs edir. Respublikaçıların bu müharibədəki məğlubiyyətindən sonra pilotlar Azərbaycanda məskən salmış, təhsil aldıqları Gəncə tədris bazasında sovet hərbi təyyarəçilərinin hazırlanmasında təlimatçı kimi fəaliyyət göstərmişlər. Bu pilotlar Qafqazın səmalarında Azərbaycanın hüdudlarını və xüsusən Bakının neft mədənləri və qurğularını qəhrəmancasına döyüşərək müdafiə ediblər. Göstərdikləri qəhrəmanlıqlara görə Gəncədə onların şərəfinə abidə ucalıb.

Filmin ssenarisi arxiv materialları, canlı müsahibələr əsasında tərtib edilib. Hadisələrin canlı şahidlərindən olan yeganə sağ qalmış pilotun müsahibəsi filmin əsas qayəsini təşkil edir.

İspan və Azərbaycan xalqlarını bağlayan bu tarixi epizoddan istifadə edən müəlliflər müasir Azərbaycanı da geniş ispan ictimaiyyətinə təqdim etmək istəyirlər.
Xatırladaq ki, filmin Barselonada da nümayişi olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.