Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Norveçdə aşıq müsiqisi səslənib – FOTO
23 Noyabr 2010 19:34
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, əsasən norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında keçirilib. Tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda norveçli və əcnəbi tələbələr iştirak ediblər. Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib. Ə.Mirzəyevin ifasını tədbirə toplaşan əcənəbilər böyük maraqla qarşılayıblar. Aşıq musiqisini norveçlilərin də xüsusi diqqətinə səbəb olub.
Aşıq sənətinin təbliğini nəzərdə tutan "Lunsj med Kultur" layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlərin də nümayiş olunduğunu deyən NAYO-nun sədri Ramil Əliyev bildirib ki, şifahi xalq sənətimizin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur. "İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur. Biz də diaspor təşkilatı olaraq xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədi ilə silsilə layihələri reallaşdırırıq" deyən R.Əliyev əlavə edib ki, təşkilatın gələcək layihələrində də bu musiqinin yer almasına səy göstəriləcək.
Bu günlərdə öz ecazkarlığı ilə hər kəsi heyrətə gətirən Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini deyən R.Əliyev qeyd edib ki, biz gələcək layihələrimizdən birini də bu sənət növünə həsr edəcəyik. Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqlı edib.
NAYO-nun üzvü, Norveçdə musiqi təhsili alan Əhməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı sənətçi olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur. "Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan 1-ci Beynəlxalq Aşıq Festivalı keçirilməsi məni çox sevindirdi. Mən də bu layihəyə öz töhvəmi Norveçdə NAYO-nun təşəbbüsü ilə aşıq sənəti ilə bağlı keçirilən mədəni layihədə çıxışımla verməyə çalışdım. İstədim ki, istər piano, istərsə də sazla ifa etdiyim milli musiqilərimizi layiqincə səsləndirərək onların gözəlliyini və bənzərsizliyini əcnəbilərə çatdırım"-deyə Ə.Mirzəyev bildirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - (Foto)
-
Hadisə qardaşı qızı üçün mahnı oxudu – Makiyajsız görüntüsü diqqət çəkdi - (Video)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)
-
Yaponiyada güclü zəlzələ
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
-
Elgizin bağ evinin həyətindən gündəm olan Videosu
-
Qızıl və gümüş bahalaşdı
-
"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi
-
Bank işçisi qəfil öldü
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Evdə ayaqyalın gəzməyin zərərləri
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"