Mədəniyyət

Vaqif Səmədoğludan xəbər var

21 Aprel 2014 18:49
3 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Vaqif Səmədoğlunun səhhəti stabildir

Şairin xanımı Nüşabə Vəkilova "Yeni Müsavat"-a bildirdi ki, Vaqif Səmədoğlu İsraildə müalicə keçib, bir müddət müalicəyə ara verilib.

Onun sözlərinə görə, yenidən müalicə üçün İsrailə gedib-getməyəcəyi dəqiq bilinmir.

Hazırda Bakıda evində olan V.Səmədoğlu dincəlir, arabir yazılar oxuyur, mətbuatı izləyir. Xanımı bildirdi ki, evdə ayağa durur, hərəkət edir, danışır, yemək yeyir: "Səhhəti ortadır. Müalicəyə ara vermişik, indi Bakıdayıq. Hər müalicə vaxtı İsrailə gedirik. Özü sərbəst hərəkət edə bilir, oxuyur. Qabaqcadan nəsə demək olmur. İnşallah, görək vəziyyətindən asılı olaraq İsrailə getmək planı dəyişə bilər".

V.Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunur. O, bədxassəli şişdən əziyyət çəkir. O, 1939-cu il iyunun 5-də Bakıda, şair Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əsərlərinə filmlər, teletamaşalar çəkilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.