Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında Şekspirin 450 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

21 Aprel 2014 17:15
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin 450 illiyi qeyd olunub...

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İngilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dünyaşöhrətli dramaturqun "Romeo və Cülyetta" tamaşasının nümayişindən əvvəl həyata keçirilmiş tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov, British Council Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt çıxış ediblər.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Mübariz Həmidov çıxışında Azərbaycan teatrının inkişafında U.Şekspir yaradıcılığının müstəsna rolunu diqqətə çatdıraraq teatrlarımızda dramaturqun böyük müvəfəqiyyətlə səhnələşdirilmiş əsərlərindən danışıb.

Direktorun sözlərinə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş Uilyam Şekspir yaradıcılığının ən gözəl nümunələrindən olan, iki aşiqin nakam sevgi hekayəsini əks etdirən "Romeo və Culyetta" əsəri böyük uğurla nümayiş etdirilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Elizabet Uayt çıxış edərək U.Şekspirin həm faciə, həm də komediya janrlarındakı əsərlərinin dünyaşöhrəti əldə edərək dünyanın bir çox dillərinə tərcümə olunub səhnələşdirildiyini qeyd edib. Onun sözlərinə görə, damaturqun qələmə aldığı əsərlərdəki parlaq insan obrazı əvvəlki dövrlərlə müqayisədə daha uğurlu və rəngarəngdir.

Tədbirdən sonra dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan "Romeo və Culyetta" tamaşası nümayiş etdirilib.

Tamaşada Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, teatrsevərlər klubunun üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.