Mədəniyyət

Мilli filmlərin pulsuz nümayişi layihəsinə tələbə və gənclər böyük maraq göstərirlər - FOTO

21 Aprel 2014 11:56
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nizami Kino Mərkəzinin martın sonundan etibarən keçirdiyi milli filmlərin pulsuz nümayişı layihəsi çərçivəsində aprelin 18-də "Ana Vətən" Partiyasının Gənclər Təşkilatının üzvləri və Bakı Slavyan Universitetinin tələbələri Eldar Quliyevin "Dərvişin qeydləri" filminə baxıblar.

Filmdən sonra Bakı Slavyan Universitetinin Tələbə Gənclər Həmkarlar İttifaqının rəhbəri Nəzrin Aslanova və "AnaVətən" Partiyasının Gənclər Təşkilatının sədri Mikayıl İbrahimov film və layihə haqqında danışıblar, tələbələrin və partiya üzvlərinin layihəni bəyəndiklərini bildirib və onun davamlı olmasını arzulayıblar. Yeni nəzərdə tutulan digər filmlərin nümayişinə qatılacaqlarını da söyləyiblər.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.