"Tristan Bates" teatrında Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Baş nazirin müavini və Azərbaycan xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşanın premyerası olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, Britaniya rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri açan AZICS-in sədri Sənan Əliyev tamaşa haqqında iştirakçılara ətraflı məlumat vermiş, tamaşanın təşkilində verdikləri dəstəyə və köməyə görə müvafiq qurumlara minnətdarlığını bildirmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyətindən bəhs etmişdir.
Bildirilmişdir ki, mədəni tədbirlər ölkələr arasında körpü rolunu oynayır. Xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz önəmi vardır.
Elçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən səfir qeyd etmişdir ki, E.Əfəndiyev 100-dən çox kitabın müəllifidir, əsərləri 40-dan artıq dilə tərcümə edilmişdir. 1960-cı illərdə tanınmağa başlamış yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində işləmiş və təsdiqlənmiş realizm konsepsiyasından məharətlə istifadə etmişdir. Onun əsərləri "Elçin teatrı" kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır. Yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat, "Şekspir" pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını vurğulamışdır.
Daha sonra nümayiş etdirilən "Mənim sevimli dəlim" tamaşası qonaqlarda böyük rəğbət doğurmuşdur.
Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer almışdır. İntihara meyilli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yollasa bir-biri ilə dil tapır. Bəs onların hansı biri daha sərsəmdir? Əslində, bu personajların hər biri "dəli" roluna namizəddir, amma təbii ki, bu fantaziyalar xaosuna təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli olaraq qəbul edilir.
Mattev Qouldun quruluşçu rejissorluq etdiyi tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səsləndirilmişdir. Pyes aktyorlar Riçard Stirling, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson, Qaret Bennett-Ryan, Danni Vainrayt, Andrev Saykes və aktrisalar Viktoriya Farley, Viktoriya Sye tərəfindən canlandırılmışdır.
Tamaşadan sonra "Sobranie" restoranının sponsorluğu ilə qəbul təşkil edilmişdir.
Tamaşa aprelin 13-ə dək davam edəcəkdir.
Milli.Az
Mədəniyyət
Londonda Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesinin ingilis dilində premyerası olub - FOTO
10 Aprel 2013 09:59
Baxış: 976
DİGƏR XƏBƏRLƏR
- Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
- Həmid Vəkilovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO
- Sumqayıt Dövlət Dram Teatrı "Bütün siçanlar pendiri sevir" nağılı premyerası təqdim edir
- Kamera və Orqan Musiqisi Zalında “Ustadlara İthaf” adlı duet-konsert keçirilib - FOTO
- Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olacaq
- Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
XƏBƏR LENTİ
- Latviya parlamentinin sədri Füzuliyə getdi
- “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
- Bu məhsul yenidən bahalaşa bilər - VİDEO
- Rusiya Maşovetsi axtarışa verdi
- Günel türk mediasına yeni biznesini AÇIQLADI
- Sumqayıtda sursat aşkar edilib - FOTO
- Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb
- Tovuzda 3 nəfər dəm qazından zəhərlədi - biri öldü
- DİN valideynlərə müraciət ETDİ - VİDEO
- Derbi öncəsi şok itki - Çempionluq əldən getdi?
- İsrailin müdafiə naziri Netanyahuya ultimatum verdi
- Kivini qabığı ilə yesək nə olar?
- İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü olub - FOTO
- Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ
- Faciəvi şəkildə ölən Muradın FOTOsu
- Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama
- VI sinif şagirdləri üçün monitorinq keçirilir
- Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
- “Sevilya”da vida
- Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
- Yaz çillərindən bu yolla xilas olun
- Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
- Bu 4 bürcdən olan qızlarla ailə qurmaq sizə baha başa gələ bilər
- Fidan Qasımova ilə Nahidə Orucovanın nəvəsi dünyaya gəldi - VİDEO