Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, xalça muzeyi turistlərin də diqqətindən kənarda qalmır. Dərs ili ərzində məktəblilərin də bura ekskursiyası təşkil olunur. Hazırda şagirdlər qış tətilində olduğundan incəsənət mərkəzini daha çox ziyarət edirlər.
Xaçmaz Xalça Muzeyi 2006-cı ildə yaradılıb. 2011-ci ildə muzeyin binası sökülərək müasir üslubda inşa olunub. Muzeyin Fondunda 153 eksponat var. Onlardan 130-u ekspozisiyada nümayiş olunur. Xalça Muzeyində nümayiş olunan ən qədim eksponat "Zeyvə" xalçasıdır. Uzunluğu 4 metr olan xalçanın 3 əsr yaşı var. Ondan keçmişdə süfrə kimi istifadə olunub. Ekspozisiyada nümayiş olunan xalçaların çoxu "Quba- Şirvan" qrupuna aiddir. Burada ən cavan eksponat isə, "Çiçi" xalçasıdır. O, XIX əsrin sonunda toxunub. Təbrizdə toxunan "Şah Abbas" xalçası isə XIX əsrin əvvəlində hazırlanıb. İncəsənət mərkəzində ən çox Qubada toxunan xalçalar üstünlük təşkil edir. Azərbaycanda cəmi 3 Xalça Muzeyi fəaliyyət göstərir. Onlarda ikisi Bakı və Naxçıvan şəhərlərində, biri isə Xaçmazda yerləşir.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xaçmaz Xalça Muzeyinin ziyarətçilərinin sayı çoxalıb - VİDEO
3 Yanvar 2013 18:45
0 Şərh
Baxış: 3 343
