Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin Novruz bayramına həsr olunan "Ay qadası" adlı konsert proqramı təqdim olunub.
Konsertdə sevilən və illərdir dillər əzbəri olan xalq mahnıları səslənib.
Saleh Bağırovun aparıcılığı ilə keçən konsert proqramında Xalq artisti Eyyub Yaqubov, Əməkdar artist Dilarə Əliyeva kollektivlə birlikdə çıxış edərək gecəyə xüsusi rəng qatıblar. Unudulmaz xalq mahnılarımızın sədaları ilə milli rəqslərdən nümunələr, mahnılara uyğun teatrallşmış səhnələr tamaşaçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. İl ərzində təşkil edilən konsertlər də orkestrin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşır. Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovadır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





