Mədəniyyət

“Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib – FOTO

25 Fevral 2026 16:49
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.

Əməkdar artist Təranə Əliyevanın rəhbərliyi ilə "İnci" ansamblı, Əməkdar artist Şirzad Fətəliyev, İdris Hüseynov və "Etnoud" qrupu, Səxavət Məmmədov, "Misri" aşıq qrupu, İdris Tağıyev, Elnur Salahov, İsmayıl Zülfüqarov, Bayram Əliyev və Mirnofəl Həsənov çıxış ediblər. Milli alətlərimiz olan qanun, balaban, ud, tar, kamança, saz alətlərində səslənən muğam və xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri bu dəfə hər bir ifaçının özünəməxsus yanaşması ilə təqdim edilib.

Layihənin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.