Mədəniyyət

“Şanlı Zəfər tariximiz” adlı konsert təşkil olundu - FOTO

10 Noyabr 2025 20:25
Baxış: 224
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 8 Noyabr-Zəfər
Gününə həsr olunmuş "Şanlı Zəfər tariximiz" adlı konsert keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad
etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən
şərəfli səhifəsidir.

Konsertdə Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" estrada
folklor ansamblı çıxış edib. Ansamblın təqdim etdiyi rəngarəng və zəngin repertuar izləyicilərə
dərin təsir bağışlayıb, tamaşaçılar konsertdən böyük zövq alıblar.

Həmçinin konsertdə Vətən müharibəsi qazisi, xanəndə Məbud Əhmədov "Bura vətəndir"
mahnısı ilə çıxış edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Məbud Əhmədova
"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" medalları , Baş Nazir tərəfindən isə "Vətən müharibəsi iştirakçısı" medalı ilə
təltif edilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.