Azərbaycanın tanınmış pianoçusu, istedadlı musiqiçi Nizami Əliyev 9 noyabr saat 20:00-da Opera studiyasının səhnəsində öz yaradıcılığına həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.
"Nizami Əliyev - Yaradıcılıq Gecəsi" adlanan bu tədbir tamaşaçılara sənətkarın illər ərzində formalaşan musiqi dünyasına səyahət imkanı yaradacaq. Proqramda klassik və müasir üslubların vəhdəti, həmçinin ifaçının fərdi yaradıcılıq axtarışları canlı səsləndirmədə təqdim olunacaq.
Konsertdə Nizami Əliyevin solo çıxışları ilə yanaşı, qonaq musiqiçilərin iştirakı da nəzərdə tutulur. Musiqisevərlər həmin axşam Opera studiyasının səhnəsində bənzərsiz ifaların, səmimi atmosferin və yüksək sənət zövqünün şahidi olacaqlar.
Biletlər https://iticket.az/events/concerts/nizami-aliyev-night-of-creativity/161411
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





