"Sənətin sərhədi yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı Xətai Sənət Mərkəzində açıldı.
Festivalı giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq festival iştirakçılarını və tədbirin qonaqlarını salamladı.Tədbir Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Beynəlxalq Suluboya Cəmiyyətinin sədri Atanur Doğan, Xalq Rəssamları Arif Hüseynov və SirusMirzəzadə,Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı Əsəd Quluyev,rəssam, təşkilati dəstəkçi Mehriban Alışova,Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəsi Səbinə İskəndər,Beynəlxalq Suluboya Cəmiyyəti Şəfa üçün Sənət Azərbaycan nümayəndəsi Elminaz Qəhrəmanova, Beynəlxalq Suluboya Cəmiyyəti Şəfa üçün Sənət Azərbaycan üzrə həmsədr Rahim İbrahimov və başqalarının çıxışları ilə davam etdi.
İştirakçılara hədiyyələr,mükafatlarvə sertifikatlar təqdim olundu.
Festivalda Azərbaycan rəssamları ilə yanaşı xarici ölkədən gəlmiş ustad rəssamlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir araya gələrək, əsərlərini sərgilədi, həm də performans göstərdilər. Həmçinin festivalda xüsusi qayğıya ehtiyacı olanların əsərləri sərgilənirdi. Gün ərzində festival öz işini plan üzrə davam etdirdi.
Festival 15 oktyabr və 16 oktyabr tarixlərində nəzərdə tutulmuş plan üzrə davam etdiriləcək və 16 oktyabr saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi zalında yerli və qonaq rəssamların birgə sərgisi ilə işini sona çatdırmış olacaq.
Festivalın məqsədi incəsənətin şəfalı gücünü nümayiş etdirmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclərin yaradıcı potensialını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sənətə olan marağı artırmaqdır.
Festivalın şüarı:
Dünya rənglərlə gözəldir!
Gəlin, sənətin gücü ilə fərqli dünyalarımızı birləşdirək!
"Sənətin Sərhədi Yoxdur" vasitəsilə ruhumuzu ifadə edək, birlikdə yaradaq və paylaşaq!
Festivalın xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə işiq saçacağına,həmçinin, akvarel janrında yaradılmış əsərlərə ictimai marağın artırılmasına xidmət edəcəyinə inanırıq!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az