Mədəniyyət

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Gəncədə keçiriləcək

9 Aprel 2025 16:58
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin 10 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Milli Dram Teatrının dəstəyi ilə "Nəsildən-nəslə teatr" layihəsinin "Aktyorluq: min maskalı qəhrəmanın səyahəti" adlı yeni seminarı həmin teatrda keçiriləcək.

Seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, səhnə plastikası, rejissor, aktyor və tamaşaçı  ünsiyyəti, səhnə əsərlərində aktyor mövqeyi kimi mövzulardan söhbət açacaq.

Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi  ilə sahəyə marağın artırılması və gənclərin cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.