2025-ci ilin 10 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Milli Dram Teatrının dəstəyi ilə "Nəsildən-nəslə teatr" layihəsinin "Aktyorluq: min maskalı qəhrəmanın səyahəti" adlı yeni seminarı həmin teatrda keçiriləcək.
Seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, səhnə plastikası, rejissor, aktyor və tamaşaçı ünsiyyəti, səhnə əsərlərində aktyor mövqeyi kimi mövzulardan söhbət açacaq.
Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.
Milli.Az