Mədəniyyət

Novruz bayramına həsr olunmuş “Yenə gəldi yaz ayları” adlı aşıq musiqisindən ibarət konsert təqdim olunub - FOTO

22 Mart 2025 17:33
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş "Yenə gəldi yaz ayları" adlı aşıq musiqisindən ibarət konsert təqdim olunub. BMM-də aşıq musiqisindən ibarət konsertlərin təqdim edilməsinin məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Bayram konsertində Azərbaycan Milli Konservatoriyasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin rəhbərliyi ilə "Aşıqlar" qrupu, "Qarabağ", "Misri" aşıq qrupları və aşıq Qəlbinur İbrahimli çıxış edib.

Aşıqlar məşhur dastanlardan nümunələr və aşıq havaları ifa ediblər.

Qeyd edək ki, aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.