Mədəniyyət

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivali Baki və Gəncədə böyüq maraq ilə qaşılanıb - FOTOlar

10 Mart 2025 14:58
Baxış: 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının beşinci günü Beynəlxalq Muğam Mərkəzində Xəzər Universitetinin Orkestrinin müşayiəti ilə "Sevgi nəğmələri" adlı konsert proqramı baş tutub.

Konsert proqramında Əməkdar artist Əliəhməd İbrahimov, gənc ifaçılar Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Günel Hacıyeva, Nigar Əsgərova, Nuray Şuşalı, Nurlan Gəncəli (qoboy), Bülbül Vokal Məktəbinin tələbəsi İbrahim Quliyev "Gülərəm gülsən", "Gülüm", "Azərbaycan elləri", "Laylay", "Gecə keçdi", "Mən səni araram", "Azərbaycan elləri", "Evləri var xana-xana", Qoboy və fortepiano üçün "Qızların rəqsi"ni səsləndiriblər. Gecədə
ifaçıları fortepianoda orkestrin bədii rəhbəri, Əməkdar artist Zülfiyyə Sadıqova müşayiət edib.

Həmin gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Filarmoniyanın Kamera Orkestrinin müşayiəti, dirijor Xalq artisti, Rafael Bayramovun rəhbərliyi ilə Xalq artisti  Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadənin ifasında "Sevil" operasından Balaşın və Dilbərin mahnısı, "Azərbaycan dağlarında", "Dağlar qızı Reyhan", "Ulduz" romansı səsləndirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.