Mədəniyyət

“Əngəlsiz musiqi” adlı konsert keçirilib - FOTO

3 Mart 2025 16:39
Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində autizm sindromu fərqindəliyinə həsr olunmuş "Əngəlsiz musiqi" adlı konsert keçirilib.

Tədbirdə ilk olaraq piano müəllimi, Atatürk Universiteti Sosioloji bölüm tələbəsi Lalə Cəfərova autizmli uşaqların həyatında musiqi təhsilinin olduqca böyük faydasından danışaraq, musiqinin universal dilinin bütün cəmiyyəti birləşdirməsi haqqında ətraflı çıxış etdi. Daha sonra Koral Erdeniz (piano), Elias Ələkbərov (piano), Zərifə Cəfərova (piano), Can Hilton (piano), Cəlalə İsmayılzadə (cello), Nilay Quluzadə (xanəndə), Fərhad Nuraylı (tar), Ziya Hümmət (tar), Əkbər Hüseynov (tar), Fərhad Əliyev (kamança), Nazənin Məmmədli (kamança), Şahanə Əhmədsoy (qanun) və Röya Namazova (qanun) musiqisevərlər qarşısında çıxış edərək öz bacarıqlarını nümayiş etdirdilər.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndi.

Qeyd edək ki, belə tədbirlərin təşkil olunması onların istedadının önə çıxması ilə yanaşı, cəmiyyətin autizm sindromlu uşaqların ehtiyaclarına daha fərdi və spesifik yanaşmasını təmin etmək üçün olduqca vacibdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.