Bu layihə çərçivəsində qədim Naxçıvan abidələri haqqında bir neçə dəfə söhbət açılıb. Hələ ilk ibtidai insanların məskunlaşdığı bu qədim yurd yerimiz uzaq tarixi keçmişə bələdçilik edən, elm üçün əhəmiyyətli abidələrlə zəngindir. Bölgənin Kəngərli rayonunda qeydə alınan belə abidələrin siyahısında həm dünya, həm də yerli əhəmiyyətli onlarla obyekt var. Həmin abidələrin bir hissəsi tədqiq olunub, öyrənilib, bir hissəsi isə hələ də tədqiqatçıların yolunu gözləyir.
Yaxın keçmişdə tədqiq olunub öyrənilmiş həmin abidələrdən biri də Kəngərli rayonundakı Yurdçu yaşayış məskənidir. Bu ərazidəki abidələr 1983-cü ildə kəndin şimal-qərbində su anbarı tikilərkən üzə çıxarılmışdır. Arxeoloji tədqiqatlar Yurdçu ərazisinin qədim yaşayış məntəqələrindən biri olduğunu sübuta yetirmişdir. Burada qeyd olunan abidələr sırasında ən qədimi tunc dövrünün müxtəlif mərhələlərinə aid Yurdçu nekropolu hesab olunur. Onların ən qədim olanı isə orta tunc dövrünün erkən mərhələsinə aiddir. Yaşayış ərazisindəki abidələrlə bağlı geniş məlumatlar tədqiqatçı alim Vəli Baxşəliyevin "Naxçıvanın arxeoloji abidələri" kitabında əksini tapıb. Yaşayış məskənində qeydə alınan maddi-mədəniyyət nümunələrinin təhlili Yurdçu tayfalarının burada e.ə. III minillikdən başlayaraq məskunlaşdığını aşkara çıxarır. Buradakı abidələrin tədqiqinə əsasən, demək olar ki, ərazidə uzun zaman yaşamış tayfalar Yurdçuda tarixin müxtəlif mərhələlərində məskunlaşmışlar. Tədqiqatlar zamanı ərazidən tapılmış materiallar belə deməyə əsas verir. Ərazidən aşkar edilən e.ə. II minilliyin sonuna aid arxeoloji materialların əksəriyyəti boz rəngli gil məmulatlardır. Tapılmış saxsı məmulatları narın qum qarışığı olan gildən hazırlanaraq boz rəngdə bişirilmiş, üzəri üçbucaqlarla işlənmişdir. Bu tapıntılar arasında çaynik və kasa tipli qabların ağzının kənarında qulaqcıq şəkilli, bəzi küpələrin gövdəsinin yuxarısında göbələkvari çıxıntılar var. Belə tip qablar arxeoloji ədəbiyyatda "Naxçıvan mədəniyyəti" adlandırılan mədəniyyət üçün xarakterik sayılır.
Arxeoloji qazıntılar zamanı üzə çıxarılan boyalı qablar mədəniyyətinin formalaşmasında müxtəlif tayfaların rolu olmuşdur. Əsaslı mülahizələrə görə, həmin tayfalardan biri də Azərbaycanın qədim sakinləri olan Yurdçu tayfalarıdır.
Ərazidəki yeganə orijinal sərdabə
Sahə boyunca Babatəpə yaşayış yeri burada erkən dəmir dövründə həyatın davam etdiyini sübuta yetirir. 0,5 hektar sahəni əhatə edən ərazidə aşınma nəticəsində mədəni təbəqənin üst layları tamamilə dağıdılmışdır. Bununla da, maddi-mədəniyyət qalıqları ətrafa səpələnmişdir. Ətrafa dağılmış yerüstü materiallar gil qab sınıqlarından, daş gürz, dən daşı və başqa əmək alətlərindən ibarətdir. Kəndin ətrafında dəmir dövrünə aid Yurdçu sərdabəsi aşkara çıxarılmışdır. Bu sərdabə 1985-ci ildə tikinti işləri görülərkən təsadüfən tapılmışdır. Dördkünc formalı sərdabənin divarları yonulmamış iri daşlardan tikilmişdir. Qəbirdən tapılan avadanlıqlar silah, bəzək əşyaları və keramikadan ibarətdir. Keramika məmulatı beş küpə və bir kasadan ibarətdir. Qablar arasında beşinci küpə o birilərdən fərqlənir. O, iki hissədən ibarət olub hər iki üzdən şirlənmişdir və xarici səthi mavi, ağ və qəhvəyi rənglərlə üç zolağa bölünmüşdür. Belə qablara Azərbaycanda Xocalı kurqanlarında, Paşatəpədə və II Kültəpədə rast gəlinmişdir.
Sərdabədən, həmçinin tuncdan, gümüşdən hazırlanmış üzük, sırğa, bilərzik, sancaq, və muncuq tapılıb götürülmüşdür. Maraqlısı budur ki, onların yüksək sənətkarlıqla işləndiyi nəzərə çarpır. Yurdçu sərdabəsi Naxçıvan ərazisində aşkar edilmiş yeganə belə abidədir. Mülahizələrə görə, sərdabə tayfa başçısına məxsus olmuşdur.
Burada 1985-ci ildə su anbarının tikintisi ilə əlaqədar kurqanların çoxu dağıdılmışdır. Yalnız kameraları qalan kurqanlar daş qarışıq torpaq təpəciklərdən ibarətdir. Məlum nekropolda 17 qəbir abidəsi öyrənilmişdir. Kurqanlardan aşkar edilən maddi-mədəniyyət nümunələri çəhrayı və boz rəngdə bişirilmiş qablardan və şüşə məmulatlardır. Burada aparılmış tədqiqatlar Yurdçu kurqanlarının dəfn adətini də müəyyən etməyə imkan vermişdir. Müəyyən olmuşdur ki, həmin qəbirlər üçün yandırma adəti xarakterik olmuşdur. Gil qab sınıqlarının və bəzək əşyalarının aşkar olunması göstərir ki, dəfn prosesində müəyyən ayinlər icra edilmişdir. Bu dəfn prosesi başa çatdıqdan sonra qəbirin üzərində od yandırılmış, ehtimal ki, qurban da kəsilmişdir. Mərasimdən sonra qəbirlər daş qarışıq torpaq kurqanla örtülmüşdür.
Görkəmli şəxslərin dəfinəsini saxlayan məkan
Ümumiyyətlə, Yurdçu orta əsr yaşayış yerindən aşkar edilmiş sənət nümunələri içərisində saxsı məmulatları daha çoxdur. Böyük hissəsi şirsiz saxsı məmulatlardan ibarət olan bu qablara kasa, küpə qazan, çıraq, şar-konusvari qablar daxildir. Aparılan arxeoloji tədqiqatlar göstərir ki, Yurdçu orta əsr yaşayış yerində əhalinin əsas hissəsi əkinçiliklə məşğul olmuşdur. Burada əkin və biçində istifadə edilən əmək alətlərini hazırlamaq və təmir etmək üçün IX-XIII əsrlərdə dəmirçi emalatxanası fəaliyyət göstərmişdir. Bu yaşayış yerinin şərq tərəfində uçub dağılmış orta əsr sərdabəsinin qalıqları saxlanmışdır. Tədqiqatçılar aşkar etmişlər ki, yaşayış yeri öz əhəmiyyətini itirdikdən sonra ondan qəbirstanlıq kimi istifadə olunmuşdur. Kənddə aşkar olunan arxeoloji abidələr orijinal xüsusiyyətləri iləfərqlənir. Bu xüsusilə inkişaf etmiş dəmir dövrü abidələrinə aiddir. Hələ indiyə qədər bənzəri olmayan bu abidələr Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir.
Tarixi mənbələr göstərir ki, Yurdçu kəndi qədim dövrdən sənətkarlıq və ticarət mərkəzi olmuşdur. Ərazidə aparılan qazıntılar zamanı orta əsrlərə aid dulus kürələri və dəmirçilik emalatxanalarının qalıqları da aşkar edilmişdir. Bir maraqlı fakt da odur ki, orta əsrlərə aid sərdabə qalıqları Yurçunun görkəmli şəxsiyyətlərin Vətəni olduğunu təsdiq edir. 1983-cü ildə bu kənddən aşkar olunan, Eldənizlər dövrünə aid dəfinə indi Naxçıvan Dövlət Tarix Muzeyində saxlanır. Bu dəfinədə Atabəy hökmdarlarından başqa Roma hökmdarlarının da sikkələri tapılmışdır.
Kəndin əhalisi başlıca olaraq türkdilli Yurdçu tayfalarının törəmələri hesab olunur. Statistik mənbələrdə 2005-ci ilin məlumatına görə kənddə 1085 nəfər əhali yaşayır.
"Azadlıq" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Naxçıvanın Yurdçusu
12 İyul 2012 22:31
0 Şərh
Baxış: 499

DİGƏR XƏBƏRLƏR
-
“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi - FOTO
-
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib - FOTO
-
"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçirilir
-
“Muğam mühazirələri”nin “Zabul segah” a həsr olunan konserti keçirildi - FOTO
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
-
“Su və Pələnglər Sirki” - Circus Sea Breeze səhnəsində bu yay Bakının ən möhtəşəm sirk hadisəsi!
XƏBƏR LENTİ
-
MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTO
-
Yeni Roma Papası Leo kimdir? - Bilməli olduğunuz 10 vacib fakt
-
İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib
-
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
-
Hindistanla Pakistan arasında gərginlik artdı - Şiddətli döyüşlər gedir
-
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
-
Məhəmməd Salah İngiltərədə ilin futbolçusu seçilib
-
Prezident Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı videoçarx paylaşıb - VİDEO
-
Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var? - VİDEO
-
“Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim” - VİDEO
-
Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Yekun qələbə yaxındır - Medvedyev
-
Bu bürclər çox çətin seçim qarşısında qalacaq
-
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
-
Salah 3-cü dəfə ilin futbolçusu seçildi
-
"İndi də bədənimdə qəlpələr var" - Xalq artisti
-
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - FOTO
-
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - yenilənib - FOTO
-
“Dedim ki, siz Doğuşla ailə qurmusuz, mən niyə Muradla evlənməyim?” - VİDEO
-
“Fənərbaxça” futbolçuları aranı qatdı - VİDEO