Mədəniyyət

“Macarıstan Azərbaycan rəssamlarının gözü ilə” sərgisi. Layihənin üçüncü mərhələsi - FOTOlar

30 Yanvar 2025 18:23
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ambassador Cultural Club mədəniyyət mərkəzində "Macarıstan Azərbaycan rəssamlarının gözü ilə" adlı layihənin üçüncü mərhələsi olan sərgini təqdim edir. Layihə Macarıstan səfirliyi və Arts Council Azerbaijan təşkilatı tərəfindən təşkil olunub. Layihənin müəllifi rəssam Dadaş Məmmədov, kuratoru isə Sona Quliyevadır.

Layihə Macarıstan səfiri ilə görüşdən başlayıb və daha sonra yaradıcı vorkşop ilə davam edib. Bu vorkşop zamanı rəssamlar Macarıstanın mədəni ənənələrini öyrəniblər. Üçüncü mərhələdə isə bu ilhamverici əməkdaşlığın nəticələri təqdim olunan əsərlər vasitəsilə nümayiş olunur.

Sərgidə istedadlı Azərbaycan rəssamlarının əsərləri təqdim olunur:

Aynura Mustafayeva, Röya Həsənova, Elşən Rzazadə, Leyli Musəyibova, Nailə Məghərrəmova, Məryəm Kiblayeva, Leyla Orucova, Nərgiz Quliyeva, Ruslan Rüstəmov, Sevinc Gəncəli, Təranə Əliyeva, Hüseyn Kəngərli, Sevda Rüstəmova, Nigar Əliyeva, Mələk Abbaszadə.

Hər bir əsər rəssamın baxışını, emosiyalarını və Macarıstanın zəngin mədəni irsinin interpretasiyasını əks etdirir. Layihənin əsas məqsədi ölkələr arasında mədəni əlagələrin möhkənmləndirilməsidir. Bu sərgi Arts Council Azerbaijan və Macarıstan səfirliyinin uğurlu əməkdaşlığının nəticəsidir.

Tədbirdə Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Torma və layihənin müəllifi Dadaş Məmmədov çıxış ediblər. Onlar vurğulayıblar ki, incəsənət millətləri birləşdirən universal dildir, sərhədləri aradan qaldırır və qarşılıqlı anlaşmaya körpü yaradır. Səfir qeyd edib ki, bu kimi təşəbbüslər mədəni irsin zənginliyini üzə çıxarmaqla yanaşı, Macarıstan və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və səmərəli əməkdaşlığa töhfə verir.

Ambassador Cultural Club diplomatik missiyalarla əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlər arasında körpü rolunu oynayan yeni layihələr yaratmaqda davam edir. Bu layihə çərçivəsində incəsənət ənənələri birləşdirən, yaradıcılığa ilham verən və beynəlxalq əlaqələri möhkəmləndirən ümumi bir dilə çevrilir.
Bütün incəsənət həvəskarlarını bu parlaq mədəniyyət hadisəsinin bir hissəsi olmağa və sərgini ziyarət etməyə dəvət edirik.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.