Mədəniyyət

Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin Qala Konserti keçirilib - FOTO

25 Dekabr 2024 12:20
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin Qala Konserti keçirilib.

Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin "Piccolo Tutti" orkestri (bədii rəhbər Teymur Göyçayev), "Festival" orkestri (dirijor professor Robert Canetti, İsrail) və konsertmeysterlər - Tomris Hüseynova, Aqşin İsmayılov, İrina Mehdiyevanın  müşayiəti
ilə solistlər - I yer və Qran-Pri laureatları Kamilla Hüseynli, Ananiya Baladji (Hindistan), Elmira Dadaşova, Yuliya Dubek (Polşa), Amaliya Əliyeva, İvan Abdelmalak (İsrael), Minə Göyçayeva, Sultan Kərimov, Amina Axmedjanova (Qran-Pri, Qazaxıstan) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.