Mədəniyyət

İmadəddin Nəsiminin 655 illiyinə həsr olunmuş “Haqq məndədir” adli bədii-musiqili gecə keçirilib - FOTO

26 Oktyabr 2024 17:05
Baxış: 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 655 illiyinə həsr olunmuş "Haqq məndədir" adlı bədii-musiqili gecə keçirilib.

Gecədə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev,  Gəncə Dövlət Universitetinin müəllimi Bəxtiyar Məhərrəmov, Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Həsən Fəttan, Gəncə Dövət Tarix Diyarşünaslıq Muzeyinin baş mühafizi Fidan Böyükbabalı, Samux rayonu Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimi Fuad Ramazanov iştirak ediblər.

Bədii-musiqili gecədə "İmadəddin Nəsiminin həyat və yaradıcılığına dövlət qayğısı", "Nəsimi obrazı Azərbaycan incəsənətində"  adlı məruzələr,

"Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır", "Dilbəra, mən səndən ayrı təndə canı neylərəm", "Mərhəba, xoş gəldin, ey ruhi rəvanım", "Minnət eyləməm",  "Fəzlinə bel bağladım",  "Ey xəstə könül, dərdinə dərman tələb eylə" qəzəlləri səsləndirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.