Mədəniyyət

Polad Bülbüloğlu daha bir ölkənin xalq artisti oldu

23 Avqust 2024 09:53
Baxış: 3 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti Gülyanaq Məmmədova İnstaqram hesabında paylaşım edib:

"Bu gün Özbəkistanda Polad Bülbüloğlunun "Özbəkistanın xalq artisti" adı alması münasibətilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib".

Qeyd edək ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.