Erməninin oğurladığı “Qarabağ” mahnısı “Youtube”dan silindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "Youtube" platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, Gor Yepremyanın ifa etdiyi "Sirun jan" adlı mahnının "Youtube" platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, tədbirlər çərçivəsində agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun "Youtube" administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub.
Vurğulanıb ki, agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından "Youtube" və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayəsi" İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən "Youtube"a göndərilməsində texniki yardım göstərilib.
"Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi "Youtube" səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş "Sirun jan" adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən "Youtube" rəhbərliyi tərəfindən silinmişdir (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda "CD BABY" distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında ("Youtube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və s.) yerləşdirilmiş "Sirun jan" mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır. Nəticə barədə əlavə məlumat veriləcəkdir", - məlumatda vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
XƏBƏR LENTİ
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)





