Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasinda 15 iyun-Milli Qurtuluş günü qeyd olundu - FOTO

15 İyun 2024 15:19
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 iyun - Milli Qurtuluş Günü Gəncə Şəhər İcra Hakimiyyəti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə layihəsi təqdim olunub. 

Filarmoniyanın yay zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram konsertində Sənan Cavadovun rəhbərlik etdiyi "Xəmsə" Rəqs Ansamblının, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi, o cümlədən Əməkdar artist Kəmalə Tağıyeva, filarmoniyanın solistləri Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədovun çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.