Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasinda Azərbaycan Bəstəkarlar İttifaqinin səyyar plenumu baş tutacaq

15 İyun 2024 13:43
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək.

15 iyun saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin konserti, 16 iyun saat 12.00 - da "Üzbəüz" layihəsi çərçivəsində Gəncə şəhər ziyalıları ilə görüş, saat 16.00 - da Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kamera musiqisi konserti baş tutacaq.

17 iyun saat 16.00 - da Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin "İntizar" operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təqdim olunacaq. Opera tamaşasının libretto müəllifi M. V. Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva. Quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.