Mədəniyyət

"Gəncədən Bakiya" layihəsi çərçivəsində növbəti konsert keçirilib - FOTO

2 May 2024 15:07
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert Azərbaycanın aparıcı muzeylərindən olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib. Tədbiri giriş sözü ilə açan sənətşünaslıq elmləri doktoru, muzeyin direktoru Alla Bayramova qonaqları salamlayaraq Gəncə Dövlət Filarmoniyasının solistlərinin muzeydə ilk dəfə qonaq olduqlarını bildirib.

Konsert zamanı Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə,  solistlər Vasif Bayramov, Rüstəm Cəfərov, Tural Abdullayev, gənc vokalçılar Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında Asəf Zeynallının "Ölkəm" romansı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin, "Koroğlu" operasından Həsən xanın, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin, "Şah İsmayıl" operasından Aslan şahın, Fikrət Əmirovun "Sevil" operasından Balaşın mahnısı,  "Ulduz" romansı, Niyazinin "Arzu" romansı, Kristof Qlük "Aria", Ernesto de Kurtis "Sorentoya qayıt", Cakomo Puççini "La Bohema" operasından Müzettanın valsı, Ernesto de Kurtis "Məni unutma" səsləndirilib.

"Gəncədən Bakıya" layihəsi çərçivəsində iki gün ərzində keçirilən konsert proqramları paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.