Mədəniyyət

Gənclərə dəstək” layihəsi çərçivəsində Nuray Həsənli və Surə Rüfət çıxış ediblər - FOTO

2 May 2024 14:55
Baxış: 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Gənclərə dəstək" layihəsi çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşayiəti ilə Beynəlxalq müsabiqələr laureatı Nuray Həsənlinin (piano) solo konserti keçirilib.

Həmçinin konsertdə  Respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfət (violin) çıxış edib.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla  Kərimova-Zəkəriyyədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.