Mədəniyyət

Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

23 Aprel 2024 12:12
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamera və Orqan Musiqisi Zalında Azərbaycan SSR Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq Artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxaq müsabiqələr laureatları Cəlalə İsmayılzadə, Asim Rzazadə, Nailə Növrəsli,  Abid Çələbiyev, Sevil Abdullayeva, İnci Həsənli, Məhəmməd Cabbarov, Nuranə Salamova, Fateh İsgəndər, Nihad Orucov və  Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoru (bədii rəhbər: Validə Cəlilova) öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Konsertdə bəstəkarın əsərləri səslənib. Sonda Süleyman Ələsgərovun nəvəsi Cabir İmanov konsertin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürlərini bildirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.