Mədəniyyət

“CineMastercard”da Amputant Futbol İctimai Birliyi ilə birlikdə “Hayatla Barış” filminin təqdimatı oldu - VİDEO - FOTO

5 Mart 2024 16:59
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gənclik Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında bir çox məşhur və populyar aktyorların iştirak etdiyi "Hayatla Barış" Türk bioqrafik filminin təqdimatı keçirilib.

Təqdimatın fəxri qonaqları Azərbaycan Amputant Futbol İctimai Birliyinin İkinci Vətən müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış qazi - futbolçuları olublar. Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər.

Qonaqlar arasında həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olub. ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur.

"Hayatla Barış" filmin rejissoru Ekin Pandırdı.

Baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıblar.

Film haqqında qısaca: Uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu Barış Tellinin planlarına mane olmur. Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb. Ampute Futbol Milli Komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla "Ampute Messi" kimi tanınmağa başladı.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.