Mədəniyyət

“Zəfər” musiqi və teatr festivalı çərçivəsində İsmayıllıda konsert keçirildi - FOTO

8 Noyabr 2023 16:43
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 Noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Zəfər" musiqi və teatr festivalı keçirilir.

6 noyabr tarixində festival çərçivəsində Ismayıllı rayonunda Beynəlxalq Muğam Mərkəzinin konsert proqramı təqdim olunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin iştirakçıları və şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən, tarixi qələbəmizə həsr olunmuş konsert proqramından əvvəl İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslan, qiraət ustası Pünhan İsmayıllı çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri muğamlar, xalq mahnıları və təsniflərdən ibarət rəngarəng proqramla çıxış edib. Xanəndələr  Elgiz Əliyev, Nisbət Sədrayeva,  Könül Xəlilzadə və Məmməd Nəcəfovun çıxışları sakinlər tərəfindən alqışlarla qarşılanıb.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.