Mədəniyyət

Vaqif Mustafayevin yubiley gecəsindən - FOTOLAR

29 Avqust 2023 12:38
Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nizami Kino Mərkəzində baş tutan yaradıcılıq gecəsi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə reallaşıb.

Gecədə "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş etdirilib.

Tədbirin sonunda rejissorun "Həyat, deyəsən, gözəldir" filmi nümayiş olunub.

Qeyd edək ki, bu gün Vaqif Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.