Mədəniyyət

Gəncə tarixində ən möhtəşəm sirk şousu baş tutub

6 May 2023 10:30
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş tutmuş beynəlxalq "DZİVA" sirk şousu Gəncəyə yola düşüb!

May ayının 4-dən 9-a kimi Gəncə İdman Olimpiya Kompleksində "DZİVA" şousu təqdim ediləcək.

Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini  fəth etmiş müxtəlif ölkələrin  peşəkar  sirk artistləri çıxış edəcəklər.

Tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərin unikal çıxışları ilə bənzərsiz edəcək.

Biletləri  Gəncə şəhərinin bütün kassalarından  və iTicket.az saytından onlayn əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün aşağıdakı  nömrə ilə əlaqə saxlaya bilərsiniz.

055 959-12-12

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.