Mədəniyyət

Əməkdar artist: "60 manata aktyor ailə saxlaya bilər?!"

12 Aprel 2023 20:44
Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!".

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib: "Adlar sənətdəki xidmətlərə görə olmalıdır. İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir. Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur. Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?! Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir. Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.