Mədəniyyət

Filarmoniya maarifləndirici konsertlər silsiləsini davam etdirir - VİDEO - FOTO

22 Dekabr 2022 17:50
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilmişdir.

Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan tədbirin qonaqları İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professor-müəllim heyəti və tələbələri olmuşdur.

Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə İ.S.Bax - İki piano və orkestr üçün Konsert C-dur, Y.Haydn - Piano və orkestr üçün Konsert D-dur, op.21 №11, S.Raxmaninov - İki piano və orkestr üçün Süita, op.17 №2 (II.Vals, III.Romans, IV.Tarantella) dinləyicilərə təqdim etmişlər. Y.Haydnın Re Major konsertinin Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəlzadə tərəfindən ifası və eyni zamanda azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin dirijor kimi tamaşaçılar qarşısında çıxış etməsi dinləyicilər üçün xoş sürpriz olmuşdur.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının keçirdiyi gündüz konsertləri əsasən tələbələr üçün nəzərdə tutulmuşdur. Onları ziyarət edərək müxtəlif ali təhsil müəssisələrinin tələbələri klassik musiqi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.