Aktrisa Günel Məmmədovanın Milli.Az -a müsahibəsi.
- Günel xanım, aktrisa olmaq çox məsuliyyətli bir peşədir. Sizə elə gəlmir ki, yaşınıza görə çox işləyirsiniz?
- Açığı mənə elə gəlir ki, yaşıma görə həddindən artıq az işləyirəm. Özünüz dediyiniz kimi, aktyorluq sənəti çox çətin və məsuliyyətli sənətdir. Onun hər bir sirrinə yiyələnmək üçün nə qədər işləsən də azdır.
- İlk uğurlu rolunuz hansı tamaşada olub?
- Hər hansı bir rolun uğurlu olub-olmadığını siz tamaşaçılar deyə bilərsiniz. Amma ilk rolum Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşasında qulluqçu Nabat rolu olub. Bu, mənim üçün maraqlı bir rol idi. Mən məhz bu tamaşayla hələ universitetdə oxuyarkən Gənc Tamaşaçılar teatrına dəvət olundum, bu tamaşa ilə teatr səhnəsinə gəldim. Mən bu tamaşanı çox sevirəm, baxmayaraq ki, bu tamaşaya dəvət olunan zaman çox narahat idim. Çünki mən həmişə özümü dramatik aktrisa hesab etmişəm. Amma rol xarakterik idi, üstəlik, komediya da var idi. Çox qorxurdum ki, rolun öhdəsindən gələ bilmərəm. Amma xalq artisti, sənət müəllimim Rafiq Əliyevin köməkliyi ilə mən bu cür rol oynadım.
- Günel xanım, həyat bir teatrdır. Siz hansı obrazdasınız?
- Mən çalışıram ki, həyatda insan obrazında olum. Çünki ən çətin obraz, məhz budur. Həyat səhnəsində hər aktyor bunu bacarmır. Mən də bacardığım qədər buna çalışıram.
- Sənətdə kimləri özünüzə rəqib görürsünüz?
- Rəqib? (gülür). Rəqibi o vaxt olur ki, aktyor sənətdə nə isə etsin, işlər görsün. Mən axı nə etmişəm ki, rəqibim də olsun?
- Sənət, yoxsa ailə - hansı sizin üçün daha önəmlidir?
- Bu suala cavab vermək mənim üçün çox çətindir. Ranevskanın bir sözü var: "Ailə hər şeyi əvəz edir". Ona görə də ailə qurmamışdan öncə düşünmək lazımdır ki, sənə ailə lazımdır, yoxsa hər bir şey? Mənim üçün həm sənət, həm də ailə vacibdir.
- Zirvələri fəth etmək üçün pilləkənlərlə yuxarı qalxırsınız...
- Mənim pilləkənim oyuncaqdandır (gülür). 1 metrdən yuxarı qalxmır (gülür).
- Yəqin ki, səhnədəki pilləkəni nəzərdə tutursunuz.
- Əlbəttə (gülür).
- "İlin aktrisası" adını aldınız. Hansı hisslər keçirdiniz?
- Bəli, bu mükafatı Knut Hamsunun "Viktoriya" tamaşasına görə almışdım. İlk növbədə Bəhram Osmanova minnətdarlığımı bildirirəm ki, bu rolu mənə həvalə etdi və mən bu mükafata layiq görüldum. Təbii ki, bu, elə bir hissdir ki, sözlə ifadə edə bilmərəm. Çox sevindim, çünki bir çox gəncin içindən seçildim. Bu, mənə stimul verdi. Bir sözlə, bu hissi yaşamaq lazımdır.
- Filmdə tərəf müqabili ilə məhəbbət yaşamısınız?
- Əlbəttə, filmdə də, tamaşada da (gülür).
- Günel xanım "Parisin Notrdam kilsəsi" filmində sizi Esmiralda obrazına dəvət etsələr və Kvazimodonı seçmək sizin öhdənizə verilsə, aktyorlardan kimi seçərsiniz? Amma düzünü deyin, Ələsgər müəllimdən başqa.
- Bu filmi çox sevirəm. Olarmı ki, ad çəkməyim?
- Amma sualdan yayındınız..
- İstərdim, indiyə qədər oynadığım tərəf müqabillərimdən biri olsun.
- Ailə həyatı haqqında fikirləşirsinizmi?
- Hələ buna hazır deyiləm, çünki başım sənətə qarışıb. Bayaq dedim axı, hələ heç nə etməmişəm (gülür).
- Ürəyinizi fəth edən olubmu?
- İnciməyin, bu şəxsi sualdır, bu cür suallara cavab vermək istəmirəm. Həm də məncə, bu, heç kimə maraqlı deyil (gülür).
- Bəlkə əksinə?
- Bəlkə də (gülür).
- Obraz yaradan zaman neçə müddətdən sonra bu obrazın təsirindən çıxırsınız?
- Çox maraqlı sualdır, heç vaxt bunu hesablamamışam, amma bu dəfə hesablayacağam (gülür). Ümumiyyətlə, rola girmək anlayışını qəbul edə bilmirəm. Rol paltar deyil ki, içinə girəsən (gülür). Bu, hisslə bağlıdır, bu, ürəkdir, bu, müşahidədir, həyatdır və axırda da sənin bir hissəndir. Biz bu hissləri yaşayırıq, əgər bizimlə birlikdə tamaşaçını da yaşada biliriksə, bu, çox böyük xoşbəxtlikdir. Ümumiyyətlə, həyatda hər hansı bir dəyişiklik nəyəsə səbəbdir.
- Tamaşaçılar sizi "Ci-Mi" filmindən sonra daha da yaxından tanıdılar. Film uğurlu alındı, yetərincə də sevildi. Niyə bu işbirliyini davam etdirmədiniz?
- Açığı, bu filmin ikinci hissəsi də olmalı idi, amma nədənsə, dayandı. Bu sualın cavabı məndə deyil (gülür).
- Ətrafınızda, həm sənətdə, həm də həyatda aktyorluq edən insanlar çoxdurmu?
- Ətrafımda olan insanlar aktyorluğu bacarmayan, qəlbimə yaxın olan insanlardır. Ona görə də mənimlə birlikdədirlər. Amma ümumilikdə biz aktyorluq edirik. Hətta siz də (gülür).
- Söhbətdən də görürəm ki, çox səmimi insansınız. Səmimiliyiniz başınıza bəla olmayıb ki?
- Ehh, o qədər (gülür).
- Hazırda teatrda nə kimi tamaşalar üzərində iş gedir?
- Gənc Tamaşaçılar Teatrında Nicat Kazımovun rejissoru olduğu "Şahzadeyi Xəzər" tamaşasında Selcan Xatun rolunu məşq edirəm. Akademik teatrda isə Brextin "Kuraj ana və onun uşaqları" tamaşasında lal qız olan Katrin rolunu oynayacağam. Bütün bunlarla paralel olaraq yeni bir seriala da çəkilirəm, Gürcüstan-Türkiyə layihəsi var, o da filmdir, orada da çəkilirəm. İnşallah, yayda bitəcək.
- Sonda nə kimi planlarınız var?
- Planlardan danışmazlar, yoxsa alınmaz (gülür).
- Sizə də əvvəlcədən demək düşmür?
- Əlbəttə ki, insan planını həyata keçirər, sonra bölüşər (gülür).
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa: "Ailə qurmamışdan öncə..." - FOTOSESSİYA
18 Aprel 2012 02:30
1 Şərh
Baxış: 4 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib - FOTO
-
"Yeni adlar” layihəsi çərçivəsində maraqlı və yaddaqalan konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında iki gün əsl bayram ab-havası yaşanıb - FOTO
-
Mexiko şəhərində Novruz bayramına həsr edilmiş təntənəli konsert təşkil edilib - FOTO
-
“Dostoyevski FM: Mordasov xronikası” tamaşasının məşqlərinə başlanılıb – FOTO
-
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb - FOTO
XƏBƏR LENTİ
-
Bu vərdiş narahatlıq riskini artırır
-
Dünya ulduzu geyimi ilə MÜZAKİRƏ YARATDI - VİDEO
-
Qara corab təyyarədə problem YARADIR
-
"Toppuş", "Cüllüt" bacı, "Keyxanım" və Dilarə Əliyeva İLLƏR ÖNCƏ - VİDEO
-
"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı
-
Şlaqbaumu qırıb yaşlı mühafizəçiyə hücum etdilər - ANBAAN VİDEO
-
Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?
-
Röyanın Tiflis konserti təxirə salındı
-
Gəncədə qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB - FOTO
-
ÇL-də həftənin ən yaxşısı seçildi
-
Gəncədə 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
-
Bu gün Ramazan bayramı qeyd olunur
-
Çak Norris xəstəxanaya yerləşdirildi
-
Azərbaycanda Novruz bayramı qeyd edilir
-
Günün qoroskopu: ünsiyyət və fikir mübadiləsi sizin üçün çox vacib olacaq
-
Azərbaycanda 11 günlük tətil başlayıb
-
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
-
FİFA-dan İsraillə bağlı qərar
-
Netanyahu: İranın Xəzər dənizindəki bütün donanması məhv edilib
-
Kömür mədənlərinin yerini Süni İntellekt mərkəzləri tutacaq
-
Pulsuz təmizlədiyi evlər sayəsində milyonçu oldu
-
Səhhətində problem var imiş
-
Dövlət qulluğunda yeni dövr: Gənc kadrlar üçün proqnozlaşdırılan maaş və rəqabətli mühit
-
İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar





































