Mədəniyyət

Ruhəngiz Qasımovanın qızı anasının ölüm səbəbini açıqladı

10 Oktyabr 2022 19:38
Baxış: 3 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq.

Bunu APA-ya açıqlamasında mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.

Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib: "Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək".

Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb: "On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.