Mədəniyyət

Nazir azad olunmuş ərazilərdəki abidələrin bərpasından danışdı

6 Oktyabr 2022 15:40
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belə forumlar bizə fürsət yaradır ki, azad olunmuş ərazilərimizlə bağlı planlarımız haqqında fikir mübadiləsi aparılsın.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Mədəniyyət Nazirliyinin işçiləri azad olunmuş ərazilərimizdə monitorinqlər aparır. Əsas işimiz tarixi abidələrin aşkarlanması və onların dağıdılma vəziyyətini təyin edib təsnifatlaşdırmaqdır. Bundan sonra abidələrin vəziyyətinə uyğun olaraq bərpası planlaşdırılır. Arxeoloji abidələrə gəldikdə isə həmin abidələr çox pis vəziyyətdə idi. Bu abidələrin nazirlik tərəfindən konservasiya edilməsi ilə bağlı davamlı olaraq işlər görülməkdədir. Ağdamda Üzərliktəpədə aparılan qazıntıların üzəri qorunma məqsədi ilə örtüklə qapadılıb. Füzulidə yerləşən Yedditəpədəki kurqanlar da dam örtüyü ilə örtülüb", - deyə o bildirib.

Nazirin sözlərinə görə, torpaqlarımız işğaldan azad edilməmişdən qabaq peyk görüntüləri nəticəsində tarixi mədəniyyət abidələrimizin dağıdılması haqqında məlumatlar UNESCO-ya təqdim edilirdi.

"Hazırda isə peykə o qədər də ehtiyac yoxdur. Amma, bəzi relyefi çətin olan yerlərdə peykdən istifadə edilir", - o deyib.

A.Kərimov əlavə edib ki, azad olunmuş ərazilərimizdə 706 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatından keçib.

"Monitoriqlər nəticəsində onların 403-ü aşkar edilib. Həmin abidələrin pasportlaşdırılması planlaşdırılır", - nazir deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.