Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yazıçı Anar: ömrün 74-cü baharında - YENİLƏNİB - FOTOSESSİYA
14 Mart 2012 17:58
1 Şərh
Baxış: 11 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:58
Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verən yazıçı Anar, gün ərzində çoxsaylı təbriklər qəbul etdiyini vurğulayaraq, doğum günündə özünə etdiyi arzularını belə dilə gətirdi. "Özüm-özümə nə arzulaya bilərəm? İstəyirəm daha bir neçə il yaşayım ki, ürəyimdəki sözləri bütünlüklə gələcək əsərlərimdə cəmləyim. Təbrik edən insanlara, göstərdikləri diqqətdən dolayı təşəkkürümü ünvanlayıram".
---------
14:19
Milli.Az xəbər verir ki, martın 14-də Azərbaycanın görkəmli ziyalısı, nəinki ölkəmizdə, yazdığı əsərləri ilə bütün türk dünyasında sevimli ədib kimi qəbul edən yazıçı Anar (Anar Rzayev Rəsul oğlu) özünün 74 yaşını qeyd edir.
Anar 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
1945-ci ildə 10-illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olan Anar 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirməyə müvəffəq olub. Birinci sinifdən onuncu sinfə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər.
Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada etmişdir. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür.
Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu teatrlarının səhnələrində yazıçının pyesləri tamaşaya qoyulub. "Şəhərin yay günləri", "Adamın adamı" (bu pyesin quruluşçu rejissoru da Anarın özüdür), "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur", "Keçən ilin son gecəsi", "Qaravəlli" tamaşaya qoyulmuşdur. "Şəhərin yay günləri", "Adamın adamı", "Təhminə və Zaur" kimi əsərləri bu gün də oxucular tərəfindən rəğbətlə qarşılanır. "Dədə Qorqud" dastanından bəhs edilən filmə yazdığı ssenarisi illər ötməsinə baxmayaraq, hələ də öz aktuallığını qorumaqdadır. Onlarla filmə ssenari yazan, "Dantenin yubileyi" filminin, habelə iki hissəli "Üzeyir ömrü" və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində öz işini davam etdirməkdədir.
Müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq, aparmaq şərəfi Anarın adı ilə bağlıdır. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri seçilərək, mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması haqqında, Kinematoqrafiya haqqında və başqa mühüm qanunların Milli Məclisdə qəbul edilməsində əvəzsiz rol oynayıb.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci ilin martın 14-də 60 illik yubileyində ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edilib.
Milli.Az olaraq sevimli yazıçımıza Allahdan möhkəm cansağlığı diləyib, yeni-yeni yaradıcılıq uğurlarının davamlı olmasını arzulayırıq.
Şahin Cavadsoy
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
XƏBƏR LENTİ
-
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
-
Azərbaycanda 3 600 illik nadir tapıntı aşkarlandı - (Foto)
-
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - (Foto)
-
Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb - (Foto)
-
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
-
Zaur Rzayevin vəziyyəti açıqlandı
-
Bu həftə onların bəxti gətirəcək - İki bürcə xoş xəbər
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu