Hadisə, Kriminal

60 yaşlı qadın üç kişini köləlikdə saxlayıb - Hər kəsi heyrətə salan hadisə

21 Avqust 2021 10:04
3 Şərh     Baxış: 8 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada qeyri-adi hadisə qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin polis xidmətindən verilən məlumata görə, Volınsk vilayətinin Verbayev kəndində 60 yaşlı quldar qadın aşkar olunub.

Onun öz təsərrüfatında üç kişini kölə kimi işlətdiyi müəyyənləşdirilib. Qadın kişilərin sənədlərini əllərindən alaraq, onları öldürəcəyi ilə hədələyib. Tövlədə yaşayan kişilərə gördükləri iş müqabilində yalnız yemək verilib.

Polisdən hər üç şəxsin köləlikdən azad edildiyi bildirilib.

Qadınla bağlı isə cinayət işi açılıb. Onu 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.