Hadisə, Kriminal

"Sen çal kapımı"nın aktrisası onu zorlayan atasını həbs etdirdi - FOTO

5 İyul 2021 15:46
0 Şərh     Baxış: 3 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur "Sen çal kapımı" serialında çəkilən aktrisa Melisa Döngel atasını məhkəməyə verib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb atasının onu cinsi istismara məruz qoymasıdır.

Aktrisanın şikayətindən sonra atası tutularaq həbs olunub. Anası Döngelin 17 yaşlı bacısına baxmaq istəmədiyini söyləyib. Bundan sonra atası övladının ona verilməsini tələb edib.

Lakin Melisa "Atam bacıma da mənə etdiklərini edəcək, onu heç kimə vermirəm" deyə atasının bu istəyini rədd edib.

Atasının təcavüzə məruz qalan aktrisa yaşadığı travmaya görə psixoloji müalicə aldığını da etiraf edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.