Hadisə, Kriminal

Sərxoş atasının bədənindən cinləri qovmaq adı ilə onu qətlə yetirdi - FOTO

1 İyul 2021 09:54
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Massaçusets ştatında övlad sərxoş atasının bədənindən cinləri qovmaq adı ilə onun qətlinə çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

İlkin məlumata əsasən, oğul atasını gölməçədə boğub.

19 yaşlı Cek Kallaxana geyimi yaş vəziyyətdə yaşadığı mənzilə gəlib və anasına bildirib ki, atası itkin düşüb. 

Axtarışa başlayan hüquq-mühafizə orqanları 57 yaşlı kişinin cəsədini yaxınlıqdakı parkın ərazisində yerləşən hovuzda tapıblar.

İlkin dindirmə zamanı C.Kallaxana söyləyib ki, atası onun baş nahiyəsinə zərbə vurub və o, sonra baş verənləri xatırlamır.

Lakin aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, atasının sərxoş olduğunu görən oğlu onu suya salaraq ekzorsizm (cinlərin və ya şər ruhlarının insanlardan uzaqlaşdırılması ayini - red) ritualını icra etməyə başlayıb.

Gənc oğlan atasını bir müddət suda uzanmış vəziyyətdə saxlayıb və daha sonra onu hovuzda batırıb.

Kişi müqavimət göstərməyə başladıqda, oğlu ona zərbə endirərək başını suya salıb və nəticədə valideynini boğub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.