Tümendə (Rusiya) zorlanmaya məruz qalan qurbanların zorakılıq hekayətləri və geyimlərindən ibarət sərgi açılacaq.
Milli.Az ura.ru-ya istinadən xəbər verir ki, sərginin adı "bax, mən gör hansı geyimdə olmuşam" adlanır.
Bildirilib ki, sərgi real zorakılıq tarixçiləri və zorlanan zaman qadınların olduqları geyimlərdən ibarətdir. Sərgiyə gələnlər psixoloqlarla ünsiyyət qura biləcək, mühazirələrə qulaq asmaq imkanı əldə edəcəklər. Zorakılığın qarşısını almağa, özünümüdafiəyə hazır olmaları yolları göstəriləcək. Zorlananların tarixçəsini isə kişilər anladacaq. Layihə ilk dəfə 2013-cü ildə ABŞ tərəfindən hazırlanıb.
Kamran Seyidov
Milli.Az