Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uğursuz nikahın qanlı sonluğu - ƏLAVƏ OLUNUB
29 Aprel 2010 11:12
Baxış: 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 38 yaşlı Yaşar Hüseynov münaqişə zəminində 21 yaşlı Elşən Xəlilov tərəfindən qətlə yetirilib.
Hadisə aprelin 28-də Mərdəkan dairəsində baş verib. Bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilən Y.Hüseynov orada dünyasını dəyişib.
Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Xəlilov tutularaq istintaq orqanına təhvil verilib.
Milli.Az Əzizbəyov rayon Prokurorluğundan hadisənin təfərrüatlarını əldə edib. Şübhəli şəxs qismində ifadə verən E.Xəlilov öldürdüyü Y.Hüseynovla olan keçmiş münasibətlərindən söhbət açıb. O bildirib ki, mərhum Y.Hüseynov onun yaxın qohumu olub. Belə ki, 14 il əvvəl Y.Hüseynov onun əmisi qızını qaçırıb. Sonra ailə qurublar və bu nikahdan 1 uşaqları dünyaya gəlib. Lakin sonradan yola getməyən ər-arvad 2003-cü ildə uşaq atanın öhdəsinə verilməklə rəsmən ayrılıblar. Y.Hüseynov ayrıldıqdan sonra yenidən başqa şəxslə ailə qurub.
Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs əlavə edib ki, 2-3 gün əvvəl Y.Hüseynov ona zəng edərək oğlunu hərbi litseyə düzəltmək istədiyini və bunun üçün uşağın anasında qalmış şəhadətnaməsinin lazım olduğunu bildirib. Şəhadətnaməni gətirəcəyini deyən E.Xəlilov Y.Hüseynovla görüşdükdən sonra onlar kafedə yeyib-içiblər. Keçmiş qohumların qonaqlıq mərasimində E.Xəlilovun dostları da iştirak edirmiş. Masa arxasında olan zaman Y.Hüseynov həmin şəxslərə E.Xəlilovun əmisi qızı ilə ailə həyatlarının, ayrılmaqlarının detallarından söhbət açıb. Bu söhbətdən sonra özünü dostlarının yanında təhqir olunmuş hesab edən E.Xəlilov qisas almaq fikrinə düşür və Y.Hüseynovu görüşə çağırır. Mərdəkan dairəsində görüşən zaman E.Xəlilov özü ilə götürdüyü bıçaqla Y.Hüseynova çoxsaylı zərbələr endirir. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az

XƏBƏR LENTİ
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)