Hadisə, Kriminal

Saxta attestat satan dəstə tutuldu

28 Aprel 2010 16:47
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Ağdam rayon sakinləri İbrahim Hümbətov və Zülfiyyə İsmayılova Yevlax rayon sakini Təranə Fərzəliyeva ilə əlbir olaraq həmin rayonun N.Nərimanov adına 9 saylı orta məktəbini bitirməsi barədə saxta attestatı Elşad Babayevə 400 manata satıblar.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslər tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.