Hadisə, Kriminal

Mütəşəkkil dəstənin sonuncu üzvü həbs edildi

28 Aprel 2010 11:04
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Seymur Yusifov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə axtarışda olub.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində S.Yusifov aprelin 27-də tutulub.

Onu da əlavə edək ki, dəstənin digər üzvləri tutularaq məhkəmə qarşısına çıxarılıblar. Dəstə üzvləri mütəşəkkil dəstə yaradaraq 2009-cu ildə Gəncə şəhəri, Yusif Bağırov küçəsi 32 ünvanında yerləşən "Şanfi" firmasına silahlı basqın ediblər. Firmanın işçilərinə silah qismində istifadə olunan əşyalarla hədə-qorxu gələrək, 6.400 manat pul aparıblar.

Bundan sonra iyulun 4-də Gəncədə yerləşən "Elşən" MMC firmasının bazasına silahlı basqın edərək, 5.640 manat və 7.000 min manat dəyərində mobil telefon danışıq kartı aparıblar.

Dəstə üzvləri Bakı şəhərində də bir neçə mağazaya basqın edərək, külli miqdarda danışıq kartı oğurlayıblar.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.